525.Az

Hücum etməmək haqqında müqavilə imzalansın - İrandan təklif


 

Hücum etməmək haqqında müqavilə imzalansın - <b style="color:red">İrandan təklif</b>

Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistanın daxil olduğu Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr təcavüz etməmək haqqında paktı bağlamağa dəvət edilib.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu təşəbbüslə İranın Ali Rəhbərinin müşaviri, general-mayor Rəhim Səfəvi çıxış edib.

“Mən təklif edirəm ki, birgə təhlükəsizlik və davamlı sülh ilk növbədə üzv ölkələr arasında həyata keçirilsin, bu addımın nümunəsi üzvləri arasında təcavüz etməmək haqqında müqavilənin bağlanması ola bilər”, - deyə Ayətullah Əli Xameneinin müşaviri bildirib.

Qeyd edək ki, 2019-cu ildə İran Körfəz ölkələrinə hücum etməmək paktı təklif edib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, İran İslam Respublikası “Fars körfəzinin bütün sahilyanı dövlətləri ilə balanslaşdırılmış əlaqələr qurmaq istəyir”. Diplomat həmçinin vurğulayıb ki, İran “istənilən iqtisadi və ya hərbi təcavüzə qarşı özünü müdafiə etməyə” hazırdır.

Havar Şəfiyeva

 





03.11.2023    çap et  çap et