525.Az

Hər kəs ilk eşqinə dönsə, dünya çox daha gözəl yer olar - Kiçik İsgəndər


 

Hər kəs ilk eşqinə dönsə, dünya çox daha gözəl yer olar - <b style="color:red">Kiçik İsgəndər</b>

Semih Gümüş: İsgəndər, bu yaxınlarda iki kitabın birdən yayınlandı. Gündəliklərin "Waliz Bir" ilə qısa yazıların "Hər Şey Ayrı" yazılır. Bizim ədəbiyyatımızda sənin qədər məhsuldar şairlər və yazarlar daima diqqət mərkəzində olur. Bu qədər çox yazmaq haqqında nə düşünürsən?

Kiçik İsgəndər: Ola bilsin ki, yazmağı, çox yazmağı incəsənət olaraq görmürəm. Alimlər ədəbiyyatı ayrı bir yerdə qiymətləndirirlər. Məndə akademik qavrayış, pozitivist təhsil intizamı yoxdur. Xəyal etdiyimlə barışığam və fizioloji ehtiyac kimi irəliləyən skriptlər haqqında düşünürəm. Hərdən "Ağlıma bir şey gəldi" deyərik. Mənim də baxdığım, oxuduğum, izlədiyim bütünlükdən ağlıma gələn bütün parıltılar, işıqlar, assosiasiyalar yazıya çevrilmək üçün can atırlar. Hər səhər oyandığımda bardaş qurub bir siqaret yandıraram və yeni şeylər planlayaram. Evin içi kiçik qeydlərlər, şeir parçacıqları, ssenari mözvuları ilə doludur. Buna yazmağdan çox özümü ifadə etmək istəyi desək çoxmu şişirmə olar?

SG: Neçə kitabınız var, xatırlayırsınız?

Kİ: İndi hamısını mənə sırala desən,inan adını çəkməyi unutduqlarım çox olacaq. Kraliça arı neçə arısı olduğunu bilməz böyük ehtimalla. Əsas olan pətəkdəki fəaliyyətdir. Qısaca, kitab sayısını artırmaqdan çox ifadələrimdəki qüsurları yox etməyə, daş ütünə daş qoymağa çabalayıram. Yoxsa bir hədəf, başqaları ilə rəqabət kimi bir məqsədim yoxdur. Amma, deyəsən, tək-tək çıxanlar, sonradan birləşib başqa adla ailə quranlar daxil əllinin üstündədir hal-hazırda.

SG: "Waliz Bir"də gündəliklərin var. Şeir-gündəlik desəm, deyəsən daha doğru olar. Şaircə yazılmış, nəsr-poeziya deyilməli olan mətnlər olduğu kimi, o günlər üçün yazılmış açıq-aşkar şeirlərin də var. Sən "Waliz Bir"in necə oxunmasını istəyərsən?

Kİ: Bir teatr mətninə doğru getdi "Waliz Bir" yazıldıqca; tək nəfərlik bir səhnəyə çevrildi elə bil. Daxili söhbətlər günlük həyatımda xüsusi bir yer tutar. Öz-özümə ucadan danışıram bəzən. Onları yazmağı gözə almışdım; bir də çox vaxt dostlarıma danışdığım xatirələrin itib getməsinə könlüm razı olmadı. Yaşantımı sorğulamaq, keçmişimi unutmamaq, Alzheimerə məğlub olmamaq uğruna başladım "Waliz"ə. Önümüzdəki illərdə "Waliz" iki, "Waliz" üç şəklində böyüyərək getməsinin tərəfdarıyam. Əlbəttə, bir gün "Açıq Waliz''i tapacaqlar evimə girənlər; tamamlanıb bağlanmamış olan yeganə "Waliz". Belə halda "Waliz"in içi önəmlidir; qatdalanıb qoyulmuş kiçik toxunuşlar, xatirələr, düşüncələr xronoloji ardıcıllıqla yaxud təsadüfi də oxumaq olar. Bir milçək düşün; evin içində hara gedəcəyini, hara qonacağını təxmin edə bilməzsən. Bu kitabdakı mətnlərdə eynən belədir. Eyni qutunun içində-ancaq qeyri-standart ölçüdə, səliqəsiz amma məqsədli.

SG: Gündəliklərdə son zamanlarda yaşadığımız həyatın vacib problemlərinə, bəzən sıradan detallarına deyinirsiniz. Gündəlik də belə yazılmalıdır hər halda...

Kİ: Gündəlik bəzən oxucunun sahəsini aşır və diqqətinin dağılmasını təmin edir. Çünki danışılanları, orda adı keçənləri yad şəkildə oxuyur. Məsələ nə isə onu ortaq zehində, ortaq bir sığınacaqda görüşdürməkdir. Eynən hipnoza girmək kimi. Sıradanlığın, adliyin, özünü, kökünü tapmaq... Açıqcası, mənim gündəlikdən anladığım budur.

SG: Halbuki, sənin qeyri-adi düşüncələrin çoxdur. Bunlar sənə məxsusdur, əlbəttə. "Qeyri-hökümət təşkilatı sayıla biləcək qəbirstanlıq" ya da "şəhərli faşizmi", "qusacaq heç nə qalmadı" deyirsən.

Kİ: "Ətraf-mühitdə nə var, başıma nə gələr" deyə düşünmədən çölə çıxmaq həsrəti, bayırın bilinməzliyinə yaranan maraq, tərk edənə hirslənərkən tərk edən olmağın paradoksu, bunların hamısı mədəni əsəb sayıla bilər. Özümü heç vaxt ekssentrik hesab etməmişəm; sadəcə başqalarının da içindən keçənləri yazıya, həyata köçürməyə çalışmışam. "Daş-qalaq etmə" tərzini 2000-lərə daşıma arzusudurmu; bəlkə də. İroniyanı, qrotesk, absurd sosioloji təsirlərdən yayındırmadan, aktualı da incələyərək, hətta zövq alaraq uydurmaq ya da.

SG: Sən yalnızca şeirinlə deyil, eyni zamanda intellektual yanaşmanla da seçilirsən. Bir yazarın intellektual yanaşmasını göstərmənin yolları nələrdir?

Kİ: Hobbiləri, intellektual və praktiki hobbilərin həm həyatı sevməyə, həm həyatı tənqid etməyə, həm də həyatı başa düşməyə, ona dözməyə tarixi bir səviyyə qazandırdığına inanıram. Əlbəttə, burdakı hobbi şəxsiyyətlə birəbir uyğunlaşmır; mənfisi, əlavə olunacaq olanı, tamamlayıcı ünsuru axtarmaqdan bəhs edirəm. İnsan özünü dinlədimi, tapır lazım olanı. Məsələn, oturub araşdırırsınız; İnsalıq mövzusunda hansı nöqtədə yarımçığam-deyək ki, opera sahəsində nə əksiyiniz var, nə də o mövzuda hər hansı bir düşüncəniz, bazanız var; o dəqiqə oraya yönəlməli və diqqətinizi yönəltməlisiniz. Şübhəsiz ki, yaxın çevrəmdə bu fikirlərim təəccüb yarada bilir; rəqs  edə bilməmə çəkingənliyimi də bu səbəbdən dəf etmişdim gənc yaşlarımda, israra belə ehtiyyac duymadan səhnəyə atmışdım özümü. Futbol, musiqi, təbiət, film, əlaqəsiz cərəyanlar həmişə buna görə diqqətimi cəlb edirdi.

SG: Bu ölkənin bizdə yaratdığı xəyal qırıqlıqlarını bərpa edə biləcəklərmi?

Kİ: Heç inanmıram... Bəyliklərdən bəyə çevrilən, eyni çənbərdə yola davam edər. Başlanğıca, "game over"ə qayıtdığında isə yeni bir şey tapmış kimi axmaqca xoşbəxt olur. Təkrarın xəstəlik simptomu olaraq qəbul edilməsi hər əks-sədanın sonsuzadək sürəcəyinin də zəmanəti deyil. Yorulmuş bir coğrafiyanın əzilmiş insanları olaraq müalicəmizə özümüz cavabdehik. Zəmanətimiz ağlımızdır. Nə isə ki, onu idarə edə bilirik.

SG: Səncə bu gün şeirimizin ən önəmli problemii nədir?

Kİ: Məncə, bu gün şeirimizin ən önəmli problemi hələ də bu sualın soruşulmasıdır. Zarafat bir yana; çox ciddi bir problem görmürəm mən ortada. Əsl problem redaktor çatışmazlığıdır. Yoxsa "star" şair axtarışında olduğuna inanmıram heç kimin. Yaşlı, gənc, təcrübəli, həvəskar, üstün bacarıqlı bir çox şairimiz var. Həyatta olanlar və itirdiklərimiz.

SG: Bəs ən sevdiyin şairlərdən danışmaq istəyirsənmi bir az?

Kİ: Cavan vaxtı mənim də bir sıralamam vardı, əlbəttə. Nazımdan başlayıb, Edip, Ece, Atilla, Ataol deyə uzanan - İlhan, Enis əlavə olundu sonra siyahiya. Sayarkən bir komanda qurmadığımı, oyuna çıxmayacağımın fərqinə vardım. Hər şairə hörmətlə yaxınlaşır, bəzilərinə sevgi, rəğbət bəsləyib, bəzilərindən də sakitcə uzaqlaşıram. Buna indiki nəsil də daxildir.

SG: Və sonda... İstanbulu tərk edib Bodruma köçdün, 53 yaşında. Niyə?

Kİ: İstanbulla 53 ildən sonra boşandıq. Uşaqlarımız üçün arada görüşürük amma ilk eşqimə qayıtdım mən. On yeddi yaşında burda sahildə bir gecə tək-tənha oturub, dənizə "sənə aşiq oldum, bir gün gələcəm sənə, gözlə məni" demişdim. Sözümün üstündə durdum axır ki. Hər kəs ilk eşqinə dönsə, dünya çox daha gözəl yer olar, inan mənə.

Tərcümə: Malik Atilay

 





03.11.2023    çap et  çap et