525.Az

Milli mədəniyyət və düşüncə tariximizin "Ziya" səhifəsi


 

Milli mədəniyyət və düşüncə tariximizin "Ziya" səhifəsi <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

  

Ziyanın bızə məlum olan ilk – 08.02.1879-cu il tarixlı 3- nömrəsində işlənən bir neşə alınma mənşəli, alınma sözlü termin diqqəti cəlb edir: teleqramma, bal (yəni qonaqlıq),ura çığırmaq,muzigah, litoqrafiya,komandir,əfsər (ofiser), zakaz  s.

 

Bu sözlərin hamısı oxucu üçün başa düşülən olduğundan heç bir izahat verilməyib. Fikrimizin təsdiqi üçün həmin nömrədən kiçik bir elanı oxuculara çatdırırıq:

 

Qəzetə müştərilərimizə məruz ola ki, qəzetəmizdən ötrü zakaz verdiyimiz hürufat vəsl olunanacan naçar olub, qəzetəmizi litoqrafda təb etdirürük.Ona görə lazımdır ki, basmə əlində ittifaq düşən bəzi kur qüsur ya bir ax taxir surətində nüktəgirlik (tənqidçilikN.N.) etməsinlər, çünki yaman günün ömrü az olur”(08.02.1879,N3).

 

 Ziyanın 15 fevral 1879-cu il tarixli 4- nömrəsini vərəqləyirik. Bu nömrədəki otryad, qubernator, uşqola tipli bir neçə milliləşmə yoluna düşən Avropa mənşəli söz vardır.

 

Nömrənin baş məqaləsi uşaqların təlim tərbiyəsinə aiddir. YazıUşaqlarımıza təlim tərbiyə vermək barəsindəadlanır. Bu yazıda ərəb mənşəli sözlərin üstünlüyü adi oxu prosesində elə ilk cümlələrdən hiss olunur: “Oxumaq yazmaq barəsində olan əhvalatın şəhri-bəyanını insanlara məxsus olan nemətlərdən olubbaisi-şərif iftixar olmağına ...əvvəlinmci dərəcədə bildik... Bu zəmanədə, hansı ki, mülk millətin tərəqqisi elm mərifətə növbənöv dillərə xətlərə olmaqdadır”.

 

Nümunədə dilimizin fonetik qanunauyğunluğunu qəbul edən təkcə bir söz var: Avropa(Fransa) mənşəlinömrəsözü. Digər sözlərin böyük əksəriyyəti Şərq alınmalarıdır.

 

Maraqlıdır ki, “Ziyaqəzetində bəzən təhsil ocaqlarını tədris dilinə görə məktəb uşqola kimi fərqləndirirlər: “Dövlət...lazımi yerlərdə uşqolalar məktəblər açubdur”.

 

Ziyaqəzetindəki bəzi məqalələr müəyyən mövzu ilə ilgili tezlik lüğətini xatırladır. Azərbaycan dilçilik ədəbiyyatımızda bu mövzuda iki yazıya rast gəirik; biri M.FüzulininLeyli Məcnun poemasının tezlik lüğəti, digəri filologiya elmləri namizədi Fazil ƏhmədovunXVIII ədəbi dilinin inkişafında M.V.Vidadinin rolumövzusunda yazdığı namizədlik dissertasiyasının bir bölməsidir.

 

Ziyaqəzetinin leksikasında əsas yeri maarif, məktəb mətbəə məsələlərinə aid terminlər tutur. Bu da təbiidir; “ZiyaAzərbaycan mətbuatında ilk irimiqyaslı maarifçilik nəşridir. ”Ziyaqəzeti bu cəhətdən öz sələfindən -“Əkinçiqəzetindən əsaslı şəkildə fərqlənir. “Əkinçiqəzetində ictimai-siyasi kənd həyatı məsələlərinin işıqlandırılmasına daha çox fikir verildiyindən, təbii ki, burada bu sahələrə aid terminlərdən daha çox istifadə olunurdu.

 

Bir məsələni xüsusilə vurğulamaq lazımdır. H.Zərdabi rusdilli milli ziyalı idi; o, Şamaxıda da,Tiflisdə , Moskvada da rus dilində təhsil almışdı. H. Məlikzadə (Zərdabi) Moskva Universitetini qurtarıb,təyinatı üzrə Tiflisə qayıdandan sonra da, sonralar Qubada dövlət qulluğunda işləyəndə bütün yazı-pozu işlərini rus dilində gördüyündən 30-35 yaşına qədər onun Azərbaycan ədəbi dilində mükəmməl yazı təcrübəsi yox idi. Lakin H.Zərdabi qısa bir müddətdə ədəbi dil anadilli yazı mədəniyyətimizdə inqilab yaratdı;M.F.Axundovun tövsiyəsi iləƏkinçiqəzetin ətrafına yaxşı həyat məktəbi keçmiş, yaxşı müəllimlərdən dərs almış bir neçə dili mükəmməl bilən milli ziyalıları toplaya bildi. “Əkinçi rus dilində göndərilən məktublar da yaxşı tərcümə olunurdu.

 

Yeri gəlmişkən qeyd edək ki, mətbuat tariximizin tərcüməçilik ənənələri,təəssüf ki, hələ lazımınca öyrənilməyib. Halbuki bu məsələnin ciddi tədqiqi bir sıra tarixi,siyasi, ədəbi elmi mövzuların mükəmməl şəkildə araşdırılmasında əhəmiyyətli rol oynaya bilər.

 

ZiyaqəzetiƏkinçinin açdığı yol ilə gedirdi. Doğrudur, “Əkinçinin heç bir nömrəsində Ünsizadə qardaşlarının imzasına rast gəlmirik. Amma heç cür inanmaq olmur ki, yaşadığı dövrün ictimai-siyasi həyatında fəal iştirak edən Ünsizadə qardaşlarıƏkinçinin nəşrinə etinasızlıq biganəlik göstərsinlər. Sonralar Səid Ünsizadədə, onun özündən kiçik qaradaşı Cəlal Ünsizadə Həsən bəy Zərdabinin xidmətlərini yüksək qiymətləndirmişlər. Səid Ünsizadə 1880-ci ildə yazdığı bir məktubunda təhsil sahəsindən uzaqlaşdırılan, maddi çətinliklərlə üzləşən H.Zərdabiyə göndərdiyi məktubunda onaZiyaqəzetinin Tehran ya İstanbul müxbirliyini təklif edirdi. Lakin bu təklif cavabsız qalmışdı.

 

Bizə belə gəlir ki, H.ZərdabiZiyada imzasız çıxış etməyə üstünlük verib. “Ziyada çap olunan bir sıra təbiət hekayələrinin – “Zəlzələ”, “Saqqız cəzirəsi”, “Hava”,  Qafqazda çay istehsalı sair yazıların mövzu, leksika üslubuna, yazı manerasına,sintaksisinin çevikliyinə xalq dilinin incəliklərindən istifadə məharətinə görə H.Zərdabiyə məxsusdur.

 

Ziyaqəzeti-yazılı mədəniyyətimizin nümunəvi məktəbidir. Ədəbi dilimizin müəyyən qaydaqanunlarının müəyyənləşdirilməsində,yazı qaydalarının formalaşdırılmasında, sözün sətirdən sətrə keçirilməsi meyarlarının normativləşməsində qəzet rəhbərlərinin-naşir mühərrirlərin, daimi aparıcı müxbirlərin böyük xidmətləri vardır. Təsadüfi deyil ki, 1881-ci ilin əvvəllərindəQafqazqəzetindəZiyaqəzetinin fəaliyyəti haqqında aparılan müzakirələrdə bu cəhətə xüsusi fikir verilib.

 

Ziyaqəzetində sənət peşə terminlərinin işlədilməsi haqqında yazılarımızın birində söz içində söhbət açmışdıq (“Ölkəmizin peşə məktəbləri tarixindən”(Afərin o şəxslərə ki...) //“Sənətkarjurnalı,2009, №1, səh.16-17).

 

Ziyayi-Qafqasiyyənın Şamaxı müxbirlərindən birinin qəzetin 17 aprel 1881-ci il tarixli 11-ci nömrəsindəMəmləkət əhvalatırubrikası (ümumi başlığı) altında dərc olunmuş Şamaxıdan göndərilmiş yazılarının birindən məlum olur ki, şəhərin bir çox varlı mötəbər adamları yerli əhalinin mənfəəti, ünas(qadın) tayfasının təlim tərbiyəsindən ötrü bir cəmiyyət yaratmaq, şəhərdə bir sənət məktəbi açmaq fikrindədirlər.Onların məqsədi kasıb füqəralara əl tutmaq, ağır həyat şəraiti olanların maddi vəziyyətini yüngülləşdirməkdir. Yazı müəllifinin fikrincə, bu işin icrası o qədər çətin deyil. Məqalədə qadınlar üçün açılması nəzərdə tutulan sənət təlimxanasında müxtəlif peşə ustalığı bacarığı olan ünas(qadın) müəllimlərin dərs deməsi məsləhət görülür. Müəllif təklif olunan təlim ürfan ocağında öyrədiləcək peşə sənətlərin yerli şəraitə uyğunluğunu xüsusilə nəzərə çarpdırır: ”Əvvəlmcisixəliçə  palas toxumaq təlim edələr. Hansı ki,onun cümlə əsbabı (aləti) övrətlərdən olan mahir ustaları Şirvanatda çoxdur  ip əyirməyi boyamağı çox yaxşı bilirlər.

 

 İkincisi, ipək tor toxumaq,hansı ki,ətraf məktəblərdə çox məğrubdur(rəğbətlidir-N.N.) özü Şirvana məxsusdur.

 

Üçüncüsügüldüzçülük (müxtəlif parçalara gül tikmək) sənəti ki, onu bilmək ilə növbənöv işlər tikmək olar. Məsələnustul (stul) üstü, caməxədan taxça pərdələri, başmaq üzü  sairləri.

 

Dördüncüsüfufayka (köynək)  corab toxumaq, hansı ki, Tiflisdə onlardan ötrü çox yaxşı maşınlar vardır övrətlərdən çox yaxşı ustalar vardır. Hansı ki, bir gündə bir nəfər iyirmi cift (cüt-N.N.) cülgi (corab-N.N.)  bir neçə köynək toxuya bilər ...

 

Adı çəkilən məqaləyə aid redaksiya qeydində göstərilir ki,şamaxılıların sənət məktəbi açmaq fikri sözdən əmələ keçərsə, başqa yerlərdə belə təlimxanələr meydana çıxar bu qisim işləri əmələ gətirənlər öz cəmaətlərinə ildə bir neçə yüz min manat əta ehsan edən kimidir”.

 

Göründüyü kimi, müəllifin leksikonunda milli alınma sözlərdən istifadə yolu ilə “ipək fabriki, iplik fabriki, xəliçə, palas, güldüzlük, ip əyirmək, ip boyamaq, cəmaxədan pərdəsi, taxça pərdəsi, başmaq üzü,fufayka, köynək, corab, cülgikimi sənət peşə anlayışları bildirən termin səciyyəli bir neçə söz söz birləşməsi işlənmiş, ədəbi dilimizin zənginləşməsində maraqlı məqamlar, sözə leksil mənanın tələblərinə uyğun yanaşma üsulları meydana çıxmışdır.

 

QəzetdəRusskiy kuryeradlı mətbu orqandan seçilmiş informasiyada peşə, sənət ocaqlarından söz açılır:

 

Biz yuxarıda rus qəzetlərindən nəqlən yazmışdıq ki, Qafqazi- cənubidə bir ipəkçilik məktəbi açmaq əzmindədirlər.”Russkiy kuryerin rəvayətinə nəzərən, Rusiyada bir cəmiyyət... bu fikirdədir ki,Qafqazda bir penirçilik məktəbi açsın”(1884,N2).

 

Bir az gedüb şirniçi (güləbərin) mağazasının bərabərinə yetişür”(1884,N5).

 

Qəzetdə yerli müxbirlərin Azərbaycan dilində yazdıqları xəbərlərdə peşə,sənət, eləcə sənaye birliklərinin adlarını bildirən terminlərə səxavətlə yer verilirdi: ”Bakuda neftçilər şirkəti neftçilik sənətini öyrətmək niyyətilə dekabrın 5- bir məktəb açıblar.Məzkur məktəbə qəbul olanlar pulsuz müftətəhsilə davam edəcəklər”(16.12.1882,N31).

 

Qəzetdə təhsil müəssisələrinə aid terminlərin işlədilməsində bəzən eyni materialda həm Şərq, həm Qərb alınma sözlərindən müvazi şəkildə istifadə edilmişdir ki, bu da üslubi axtarışlar kimi qiymətləndirilməlidir: ”Novoye vremyaqəzetəsi eşidibdir ki, Qori Seminariyasının yanında müsəlmanlardan ötrü bir təlimxanə kəşad olunması keyfiyyəti baş dutmayıbdır.Hökumət tərəfindən lazım görünübdür ki,onun əvəzində müsəlmanlardan ötrü bir müsəlman darülmüəllimxanəsiMüəllimlər İnstitutu-N.N.) hasilə gətirilə”(19.11.1879,N44).

 

Ziyayi-Qafqasiyyəqəzetinin tərcümə materiallarında işlənmiş bir sıra terminlər diqqəti cəlb edir: ”Qaspiqəzeti deyir ki, Baku dəryasında, yəni Təqiyevin zavoduna yovuq olan səmtdə bir qayığı dəryanın ləpəsi vurub aparıb.Məzkur qayıqda üç nəfər adam var imiş. Bir qədər keçmiş başqa atəş qayığı onların ardınca göndərilir.  (1884,№10).

 

Qəzetin bu nömrəsindəki alış-veriş işləri termini ticarət termininin qarşılığı kimi maraqlı görünür:”...bu halda dünyanın hər tərəfindən alış-veriş işləri xarablaşır”.

 

(Ardı var

 

Nazim NƏSRƏDDİNOV,

Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü, TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti

 





25.08.2014    çap et  çap et