525.Az

Şüşə kimi


 

Şüşə kimi<b style="color:red"></b>

Şüşə qorxulu deyil bütövsə əgər. Qorxulu nədi, qoruyucudu; soyuqdan qoruyar, istiliyi özündən keçirər, özünə heç   saxlamaz, küləyin qabağına sipər olar. Hələ şəffafdısa, təmizdisə, bir özgə  aləm. Arxasında duran olsa, sənə səni   göstərər, arxası yoxsaətrafı...

Qorxusu sınıb çiliklənsə olacaq. Yaman olacaq; çiliyi əlinə batacaq, ağrısı ürəyini deşəcək. Lap  zərrəsi olsa belə, səksəkədə qalacaqsan... Bir gördün, budu ha, vərəqdə al ləkələr düşüb arxanca...

Mina Rəşidin şeiri kimi,  sözü kimi.

Mina Rəşidin şeirisözü şüşənin iki halındadı; şəffaflığı gözəldi, çilikləri incidir. Şəffaflığı qəlbinin təmizliyi, dünyaya, dəryaya, çiçəyə, birliyəbirgəliyə sevgisindəndi. Ağrıtmağı...  gəl tərpətmə yaralanmış könlümü”.

Mina  QarabağdandırAğdamın Qiyaslı kəndi uşaqlığının ən işıqlı xatirələrinin ünvanıdır. Bu ünvandan Şəhid övladı, yaralı qardaş bacısı Mina Rəşid kimi didərgin salınıb.  Sırasıra dağlarını balaca ürəyinə yükləmiş müharibə taleyini çarpazdolaşıq yolların elə işləklərindən keçirib ki, başqası bəlkə dözməzdi, yolları qırardı, özünü itirərdi, nizamını çaşardı... O isə,  olumölüm arasında sıxılaboğula, arzusuna sözə  sığındı. Tələbə  oldu, şeir yazdı, qapılar döyüb üzlər gördükcə... içinə çökdü, qapılar arxasında yol gözlədikcə..gəlib cavanlığı yanından ötdü. 

Ürək genişliyində evdən qəbir darlığında vaqona sığınmış anasını xərçəngin əlindən ala bilməməkləri bir yandan, alnının qara yazısını pozmaq gücsüzlüyü bir yandan...

Nədən könlüm evi bir nur odası,
Könlümdən o yana aləm qaradı.
Harda ki dərdini duyan olmadı
Dünyanın axırı elə oradı. 

Mina Rəşid yüz yol  qırılsa da,  min yol incisə , özünətəsəllisi ilə  içində bayram eləyə bilmək qədər güclüdü. Mina Rəşid sevgisi ilə güclüdü. Bu sevgi əsl sevgidi; yaxşılıq görəndə çoxalmayan, pislik görəndə azalmayan sevgidi.

Yaxşılıqdan pardaqlanan, pislikdən sozalan sevgisiylə Mina Rəşid bir kaman inləyəndə, bir körpə qığıltısında, nəyi varsaonunla   özünə xoşbəxt deyə biləcək qədər güclüdü.  Mina Rəşid  kəpənək qanadından zərif, qönçə zərifliyindən titrək ürəyilə  həm elə gücsüzdü ki...

Mən niyə gəlmişəm, hara gedirəm?
Ha getsəm bəxtimə gəlib çıxacam.

Yerdən
yerdəkilərdən əli üzülən anlarında  göyüzündən süzülən işıqda  yazılanlar təsəlliyə tapınır:

Bu
dünyanı bilmisən?
İşıqla zülmət döyüşər.
Sən belə qəm eyləmə
Əziyyətin bil ki hədər.

sanki möcüzə baş verir bundan sonra; dünyanın ürəyində Tanrı eşqi böyüyür... böyüyür.

Mina Rəşidin şeirləri , ətrafında, insan münasibətlərinin hər çeşidində gözünə əyintili görünən hər nəsnəyə münasibətinin ifadəsi olan yazıları da  dünyanın, həyatın özü kimi xaos içindədi. Sanki onları mövzu, süjet, üslub, tərz baxımından nizamlamaq, sistemləşdirmək  Mina Rəşidi maraqlandırmır . Təbiiliyi, ürəkdolusu səmimiyyəti, altyazısı olmayan , birbaşa yazı ünsiyyət manerası bəlkə bu haqda düşünməyə imkan verməyib. Sadəcə, susmaq istəmir, susa bilmir, laqeyd ola bilmir, biganəliyə- ən böyük naqisliyə meydan oxuyur .

Sən mənə güllə atdıqca,
Mən sənə çiçək yollaram.

Mina Rəşidin iddiası bura qədərdi. Bəlkə var, mən  bundan artığını  görmək istəmirəm. Elə bilirəm bundan artıq iddia Mina Rəşidin ocağının istisinə, çörəyinin duzuna, bacasının tüstüsünə, analıq duyğularına, balalarına, ömürgün yoldaşına gərək olası mehriməhəbbəti yaralıyar, ülfətinəqayğısına şərik olar. Mina Rəşid  taledəki kəmliyin dadınıdağını hamıdan yaxşı bilir...

Mina Rəşid əqidəsidüşüncəsi ilə bu dünyanın adamı deyil, dünya malına susayan , ortalarda  dolaşıb  gözqulağı yağır  eləyən, yetik  iddialarıyla  qapılar döyüb,  istədiyini göz yaşıyla almağa vərdiş, harda orda baş olanlardan deyil. 

Hərənin öz peşəsi var;
İncitməkdi, üzməkdi...
Mənim huyum belədi
İşimgücüm sevməkdi.

Mina Rəşid  giladamları güladamlara çevirmək qəsdində olan Vaqif Bayatlı Odərin  yoluyla gedir.

Şeiri qalsın bir yana, publisistik yazılarında da özünü yazır, düşündürməyə çalışır,  bütün yazılarından   Allahına bəndəlik eləməyə, ölkəsinə  vətəndaş,  qonşusuna sirdaş  olmağa çalışan, salamı sözlərin məramların  ən gözəli bilən   bir insanın söz adamının  səsi eşidilir. Deyir, anlamaq ən böyük istedaddı. Bir Allahı sevməkdi. bu Səsi genetik birliyə çağırış kimi qavrayırsan.

“...Adam var, sanki bircə kəlmə xoş sözdü. Sözlə yaşayar, ağrılarını sözlə ovudar. Sözlə ağlayar, sözlə gülər, Sözlə dincələr. Hərdən o ilahi Sözdən könlü elə işıqlanar,; unudar qaranlığı, İşığa dönər büsbütün, Söz işığa çevrilər...”

 Minanın bir kitablıq əlyazması vaxtdı mənimlədi. Mənimlə işə gedir, auditoriyada olur, adamları, münasibətləri müşahidə edir, ulduzlu gecələrin tənha sükutunda  xəyallara yoldaş olurdu.  Mən bu şeirləri, bu yazıları  sanayıbsonalamırdım, bütün bu vaxt ərzində mən  Mina Rəşidioxuyurdum”.

şeirinə, sözünə  sənətin, sənətkarlığın ölçülərilə baxmaq istəmirdim; Hansı zəifdir, hansı  yaxşıdır  bölgüsü aparmaq  haqqında düşünmürdüm(zəiflərini, zəifliyini görəndə özünə demişəm)  Yaşadıqlarını yaşayayaşaya ... əlim gəlmirdi, qələmim dönmürdü, günah bilirdim. Çünki Mina Rəşidin Yazısını  Yazdıran belə yazdırıb.

Mən onun hər kiçik yaxşılıq qarşısında borclu qalmayıb,  əvəzini vermək istəyiniçoxlu ithaf şeiri yazmasının səbəbini  razılaşmaq istəmirdimsə , başa düşürdüm:

Hər kəlmə sonunda çırpınır ürək,
Gedib sətirlərdə yuxuya sağlar.
Atsam, gəncliyimi unudam gərək,
Qalsa, məndən sonra oxuyacaqlar.

Bu misralar Mina Rəşidin deyil, müəllifini xatırlamıram indi.

Mina Rəşid bu jestini məhz itirdiklərinin yerini doldurmağa təşnə ürəyinin səsini dinləyədinləyə yazıb, şübhəm yox. Gedənlərlə  Qalanlar  arasında,  Həyat Arzular, Yaşananlar Gözlənilənlər arasında  İşıqdan Yaxşılıqlardan   körpü salmaq, bağ hörmək  istəyib.

Ümid, İnam...Məhəbbət  körpüsü, bağları...  

Mina Rəşid bu qısa çooooox uzun ömründə başa düşüb ki, həyat  bu bağların hesabına davam edir...Odur ki:

Dəyərmi hər nadanın
Sözündən yıxılmağa?
Öyrən hər gün həyatda
Yenidən doğulmağa.

Necə deyərlər, Dövran işində, Vaxt axarında...

Qarşılayır, yola salır...

 Mina Rəşidin sözü bu karvandadır.  Ta o vaxta kimi ki...

Yazdığı can sözlərini
Küləklər Yurda apara.
Şeirində gül açmış alqışı  da küləklərə  qoşmaq istəyirsən:.
közköz olmuş ürəyindən,  kaş köz düşə ocağına”.. .
...Kimsə  deyə bilərmi, divin canı niyə şüşədəymiş?!

 





25.08.2014    çap et  çap et