Yaşayış minimumu və ehtiyac meyarının bərabər tutulması gələn il də davam edəcək.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, bu tendensiya artıq davam edəcək: “Sosial sığorta haqqında qanun”un 4-cü maddəsinə dəyişiklik ediləcək. Bu, sığortaolunanların seçim imkanlarının dəqiqləşdirilməsinə kömək edəcək. “İşsizlikdən sığorta haqqında” qanuna dəyişik də pozitiv dəyişiklikdir”.
çap et