525.Az

AzərTAc dizaynını dəyişir


 

AzərTAc dizaynını dəyişir<b style="color:red"></b>

Azərbaycan Dövlət Teleqraf Agentliyi – AzərTAc saytının dizaynını dəyişir.
 
“Media forum” saytının məlumatına görə, AzərTAc-da belə bir elan yerləşdirilib: “Hörmətli istifadəçi. Çox yaxın günlərdə AzərTAc-ın saytı yeni dizaynı və daha geniş funksionallığı ilə sizin istifadənizə veriləcək.

Saytın yeni dizaynı ilə new.azertag.az ünvanında tanış ola bilərsiniz. Təkliflərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Sizin fikriniz bizim üçün dəyərlidir”.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1920-ci il martın 1-də yaratdığı AzərTAc sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarıb – 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

 





25.08.2014    çap et  çap et