525.Az

Sağ qalan Milli Qəhrəmanlarımız - SİYAHI


 

Sağ qalan Milli Qəhrəmanlarımız - <b style="color:red">SİYAHI</b>

2001-ci ildə Azərbaycanı tərk edərək İsveçə köçən Milli Qəhrəman Şahin Tağıyev 22 ildən sonra Vətənə qayıdıb.

Vətəndə olan Milli Qəhrəman noyabrın 3-də Şuşaya gedib, şəhəri ziyarət edib. O, sosial şəbəkədə Şuşadakı Vaqif məqbərəsinin yanında çəkdirdiyi şəklini də paylaşıb.

Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 219 nəfərə Milli Qəhrəman adı verilib. 

Sonuncu dəfə bu fəxri ad Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə general-mayor Polad Həşimova (ölümündən sonra), polkovnik İlqar Mirzəyevə (ölümündən sonra) və İbad Hüseynova verilib.

İndiyədək Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif olunan şəxslərdən yalnız ikisi - Sürət Hüseynov və Rasim Əkbərov bu tituldan məhrum edilib.

Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət kimlərin sağ, kimlərin şəhid olduğunu bilmir.

525.az "Modern.az"a istinadən xəbər verib ki, hazırda Azərbaycanın 218 milli qəhrəmandan yalnız 16 nəfəri sağdır. Onlar aşağıdakılardır:

1. Bəxtiyar Allahverdiyev

2. İntiqam Atakişiyev

3. Rövşən Əkbərov

4. Vahid Quliyev

5. Şahin Tağıyev

7. Fəxrəddin Cəbrayılov

8. Ehtiram Əliyev

9. İbad Hüseynov 

10. Fariz Qəhrəmanov

11. Mədət Quliyev

12. Mirzə Quliyev

13. Zabit Quliyev

14. Fariz Mədətov

15. Mövsüm Məmmədov

16. Sahil Məmmədov

 





05.11.2023    çap et  çap et