525.Az

Ərdoğandan CHP-dəki lider dəyişikliyinə münasibət


 

Ərdoğandan CHP-dəki lider dəyişikliyinə münasibət<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.

525.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. O bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:

“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.

Qeyd edək ki, Türkiyədə ana müxalifət partiyasına yeni sədr seçilib.

 





05.11.2023    çap et  çap et