525.Az

Yaponiya “Ebola” virusuna qarşı əlac tapıb


 

Yaponiya “Ebola” virusuna qarşı əlac tapıb<b style="color:red"></b>

Yaponiya “Ebola” virusuna qarşı dərman hazırladığını və paylamağa hazır olduğunu bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hökümət nümayəndəsi Yoşihide Suga ölkələrində bir şirkətin bu dərmanı hazırladığını bildirib:

“Hələlik dərmanın hazırlanması təcrübə mərhələsindədir.

Amma Dünya Səhiyyə Təşkilatı tələb etsə, epidemiyanın yayıldığı ölkələrə göndərə bilərik. Artıq 20 mindən çox adamı dərmanla təmin edə bilərik”.

Qeyd edək ki, fevral ayından üzə çıxan “Ebola” virusu Qərbi Afrikanın 4 ölkəsində minlərlə insanın ölümünə səbəb olub. 

 





25.08.2014    çap et  çap et