525.Az

Prezident Nobel sülh mükafatının ləğvini istədi


 

Prezident Nobel sülh mükafatının ləğvini istədi<b style="color:red"></b>

Maaşının yüzdə 90 faizini xeyriyyə təşkilatlarına bağışlayan və dünyanın ən yoxsul dövlət başçısı olaraq tanına Uruqvayın dövlət başçısı Xose Muxika dünyanın bir çox bölgəsinin döyüşlərlə qan gölünə çevrildiyi bir zamanda sülh mükafatı verilməsinin mənasının qalmadığını iddia edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Muxika Nobel sülh mükafatının ləğv edilməsini istəyib.

İspaniyanın  “El Mundo” qəzetinə açıqlama verən Mixika adının Nobel sülh mükafatına namizədlər arasında keçməsinə qarşı çıxaraq qazanacağı halda bu mükafatdan imtina edəcəyini açıqlayıb:

“Ukraynada, Liviyada, İraqda, Suriya və Fələstində yaşananları danışmaq belə istəmirəm.

Buna rəğmən bir də sülh mükafatı vermək nəyi ifadə edər ki? Ləğv edilməsi ən yaxşı nəticə olar”. “İsrail Fələstin xalqına qarşı soyqırım edirmi” sualına cavabında prezident deyib:
 
“Bu sözlərimin arxasındayam. Bu döyüşün ən böyük məsuliyyəti Amerikanındır. ABŞ istəsə bölgəyə bir az daha sarışın uşaq göndərər, döyüşü dayandırar, ancaq istəmir, hər yerə mavi dəbilqəli sülh əsgəri göndərən ABŞ niyə bura göndərməkdə çətinlik çəkir? Çünki bu vəziyyət onların maraqlarına uyğun gəlir, bu döyüş kindən və nifrətdən başqa bir şey çıxarmır”.

Soyuq müharibə dövrlərini xatırladan Muxika xalqların çox çətinliklərlə yaşadığını, ancaq heç bir zaman bu qədər qan tökülmədiyini vurğulayıb. 

 





25.08.2014    çap et  çap et