525.Az

Ankarada Xalq yazıçısı Anarın yubileyi qeyd ediləcək


 

Ankarada Xalq yazıçısı Anarın yubileyi qeyd ediləcək<b style="color:red"></b>

Noyabrın 6-da Türkiyənin paytaxtı Ankara şəhərində Ankara Sosial Elmlər Universitetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın 85 illik yubileyi münasibəti ilə "Azərbaycan milli ədəbiyyatının usta yazıçısı və ssenaristi ANAR 85 yaşında" mövzusunda tədbir keçiriləcək.

Tədbirdə Xalq yazıçısının həyat və yaradıcılığını əks etdirən film nümayiş olunacaq.

Proqrama əsasən, tədbirdə Ankara Sosial Elmlər Universitetinin rektoru, Türkiyə Yazarlar Birliyinin sədri, professor Musa Kazım Arıcan, professor Bilal Çakıcı, dosent Cəmilə Kınacı və başqalarının Anar yaradıcılığı və onun Türk dünyasına təsiri mövzusunda çıxışları yer alacaq.

ŞAHANƏ

 





06.11.2023    çap et  çap et