"Mançester Siti" və "Qalatasaray" klublarının baş məşqçisi Roberto Mançini yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis "Kristal Palas"dan rəsmi təklif alıb.
Mançinin hələlik bu təklifə münasibət bildirməyib. Premyer Liqa təmsilçisi Mançini ilə razılığa gələ bilməyəcəyi təqdirdə "Mançester Yunayted"dən ayrılan Devid Moyeslə danışıqlara başlayacağı iddia olunur.
Qeyd edək ki, Mançini 2009-2013-cü illərdə "Mançester Siti"ni çalışdırıb.
çap et