525.Az

Ukraynanın yüksək rütbəli hərbçisi partlayışda öldü


 

Ukraynanın yüksək rütbəli hərbçisi partlayışda öldü<b style="color:red"></b>

Doğum günü hədiyyəsindəki əl qumbarasının partlaması nəticəsində Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnının köməkçisi Gennadi Çastyakovun öldüyü, oğlunun isə ağır yaralandığı açıqlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Zalujnı sosial media hesabından verdiyi açıqlamada köməkçisi və yaxın dostu Çastyakovun bu gün ailəsi ilə birlikdə ad gününü qeyd edərkən faciəvi şəraitdə dünyasını dəyişdiyini bildirib.

Doğum günü hədiyyələrindən birində naməlum partlayıcının partladığını bildirən Zalujnı: "Gennadinin həyat yoldaşı və 4 övladı qalıb. Ailəsinə başsağlığı verirəm. Gennadi müharibə başlanandan bəri mənim üçün etibarlı insan olub. O, özünü mübarizəyə həsr edib", - deyib.

Zalujnı qeyd edib ki, hadisənin səbəbi və şəraiti istintaq zamanı müəyyənləşəcək.

Ukrayna Milli Polis Xidmətindən verilən açıqlamada, polis qruplarının Kiyev vilayətinin Çaykki kəndində yaşayış binasında partlayış olması xəbərini aldıqdan sonra hadisə yerinə gəldiyi bildirilib.

İlkin məlumata görə, 39 yaşlı Çastyakov qumbaranın partlaması nəticəsində ölüb, 13 yaşlı oğlu isə ağır yaralanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Malik Atilay

 





07.11.2023    çap et  çap et