525.Az

ABŞ atəşkəs istəyir - İran


 

ABŞ atəşkəs istəyir - <b style="color:red">İran</b>

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ABŞ-nin onlara son 3 gündə atəşkəs istədiyi mesajı verdiyini bildirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Abdullahiyan paytaxt Tehranda verdiyi açıqlamada ABŞ dövlət katibi Antoni Blinkenin Bağdada səfəri zamanı güllə keçirməz jilet geyinməsi ilə bağlı “ABŞ-nin real rolu budur" qiymətləndirməsini edib.

ABŞ-nin onlara Fələstindəki vəziyyətlə bağlı mesaj göndərdiyini ifadə edən Abdullahiyan: “Amerikalılar son üç gündə atəşkəs istədiklərini və bu istiqamətdə addımlar atdıqlarını bildirən bir mesaj göndərdilər”, - deyib.

İranlı nazir: “Ümid edirik ki, Amerika ən qısa zamanda siyasətini dəyişəcək və işğalçı tərəfi dəstəkləməyəcək”, - deyə yekunlaşdırıb.

Malik Atilay 

 





07.11.2023    çap et  çap et