525.Az

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb


 

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 % çox - 14 milyard 593,5 milyon manat vəsait daxil olub.

525.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 19,2 % artaraq 8 milyard 387,4 milyon manata çatıb", - deyə o qeyd edib.

 





07.11.2023    çap et  çap et