525.Az

Bakıda "Makarov" tapançası satmaq istəyən şəxs saxlanılıb


 

Bakıda "Makarov" tapançası satmaq istəyən şəxs saxlanılıb<b style="color:red"></b>

Bakıda "Makarov" markalı tapançanı satmaq istəyən şəxs saxlanılıb.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança, 3 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı arşadırmalar davam etdirilir.

 





07.11.2023    çap et  çap et