525.Az
Prezident uruqvaylı həmkarını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Uruqvay Şərq Respublikasının prezidenti Xose Muxikanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab prezident, Uruqvay Şərq Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Bu əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Uruqvay xalqına sülh və rifah diləyirəm”.
25.08.2014
çap et