525.Az

Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma 41 faiz artıb


 

Bakı-Sumqayıt qatarları ilə sərnişindaşıma 41 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Sumqayıt-Bakı sürətli sərnişin qatarları ilə 4 milyon 686 min 373 nəfər daşınıb.

525.az “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41 % çoxdur.

Bundan başqa, hesabat dövründə səhmdar cəmiyyəti paytaxtdan regionlara və əks istiqamətdə 229 min 322 nəfər (31 % çox) sərnişin daşıyıb, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar beynəlxalq daşımlar isə həyata keçirməyib.

 





07.11.2023    çap et  çap et