525.Az

Ukrayna aviasiyası separatçıların maşın karvanını məhv edib


 

Ukrayna aviasiyası separatçıların maşın karvanını məhv edib<b style="color:red"></b>

Ukrayna Hərbi-Hava Qüvvələri Luqansk vilayətinin Krasnodon şəhəri yaxınlığında separatçıları daşıyan maşın karvanına dəqiq zərbə endirib, nəticədə onun irəliləməsinin qarşısı alınıb.

APA-nın “UNN”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) məlumat mərkəzinin sözçüsü Andrey Lısenko bildirib.   
 
“Ukrayna aviasiyası öz işini davam etdirir - bu gün Luqansk vilayətinin Krasnodon şəhəri yaxınlığında separatçıları daşıyan maşın karvanına dəqiq zərbə endirilib, nəticədə onun hərəkəti tam dayandırılıb. Terrorçular böyük itki veriblər”, deyə o qeyd edib.
 
O qeyd edib ki, hazırda əsas məsələ strateji əhəmiyyətli İlovaysk şəhərinin separatçılardan tam təmizləməkdir.

 





26.08.2014    çap et  çap et