525.Az

Nobel mükafatı laureatı İran həbsxanasında aclıq aksiyasına başladı


 

Nobel mükafatı laureatı İran həbsxanasında aclıq aksiyasına başladı<b style="color:red"></b>

Nobel Sülh Mükafatı laureatı Nərgis Məhəmmədi İran həbsxanasında ona və digər məhbuslara tibbi yardım göstərilməsinə icazə verilmədiyi üçün aclıq aksiyasına başlayıb.

525.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Günlər əvvəl Məhəmmədinin ailəsi onun ağciyərlərində problemin olduğunu və təzyiqdən əziyyət çəkdiyini bildirib. Onlar bildiriblər ki, buna baxmayaraq, həbsxana rəsmiləri Məhəmmədi hicab taxmaqdan imtina etdiyi üçün onu xəstəxanaya aparmaqdan imtina ediblər.

“Bu gün Nərgiz iki şeyə etiraz etmək üçün aclıq aksiyası keçirib. İslam Respublikasının xəstə məhbuslara tibbi yardımı gecikdirmə siyasətinə və iranlı qadınlar üçün məcburi hicab siyasətinə”, - kampaniyaçılar bildiriblər.

Fəallar həmçinin qadının başına gələn bütün bəlalarda İran hökumətini günahlandıraraq, onun dərman qəbul etməkdən imtina edərək yalnız su, şəkər və duz qəbul etdiyini təsdiqləyiblər.

Xatırladaq ki, bundan əvvəl Oslodakı Norveç Nobel Komitəsi Məhəmmədi 2023-cü ildə qiyabi olaraq Nobel Sülh Mükafatını verib. Qeyd olunur ki, mükafat İranda qadınların zülmü ilə mübarizədə və hamı üçün insan hüquq və azadlıqlarının təşviqində göstərdiyi səylərə görə verilib.

Havar Şəfiyeva

 





07.11.2023    çap et  çap et