525.Az

ABŞ-da hərbi bazada atəş açan qadın hərbçi ölüb


 

ABŞ-da hərbi bazada atəş açan qadın hərbçi ölüb<b style="color:red"></b> ABŞ-ın Virginiya ştatında yerləşən hərbi bazada özünə atəş açan qadın hərbçi ölüb.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Fort Li” bazasının nümayəndələri bildirib.
 
Qeyd edək ki, insident baş vermiş  4 mərtəbəli binada hərbi bazanın qərargahı yerləşir.  Adı açıqlanmayan qadın ABŞ ordusunda 14 il xidmət edib.

Məlumata görə, naməlum səbəbdən qəfil əsəbiləşən qadın ofisdəki əşyaları həmkarlarına atmağa başlayıb, sonra isə otaqda barrikada qurub. Əraziyə bir neçə polis maşını cəlb edilib. Özünü yaralayan qadın bir neçə saatdan sonra xəstəxanada keçinib.
 
Hadisə ilə bağlı araşdırma aparılır.  
 





26.08.2014    çap et  çap et