525.Az

Bakıda bıçaqlanma hadisəsi baş verib


 

Bakıda bıçaqlanma hadisəsi baş verib<b style="color:red"></b>

Bakıda bıçaqlanma hadisəsi baş verib.

525.az DİN-dən verilən xəbərə görə, noyabrın 9-da saat 17 radələrində Xətai rayonu ərazisində bir nəfərin kəsilmiş-deşilmiş xəsarət alması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Ruslan Əsədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 





10.11.2023    çap et  çap et