525.Az

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib


 

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib<b style="color:red"></b>

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Avropa Şurasının (AŞ) Antidopinq Konvensiyası (T-DO) Monitorinq Qrupunun 57-ci iclasında iştirak edib.

AMADA-dan 525.az-a verilən məlumata görə, noyabrın 9-da Fransanın Strasburq şəhərində başlayan açıq plenar iclas institusional və inzibati məsələlərə, o cümlədən ötən iclasın gündəliyinin və hesabatının qəbuluna həsr olunub.

Nümayəndə heyətləri Əlaqələndirici Qrupun fəaliyyəti ilə bağlı yenilənmiş məlumatlara, Katibliyin hesabatına və digər işçi sənədlərə baxıblar. T-DO məsləhət qrupları təhsil və elmi məsələlər, həmçinin hüquqi və digər aspektlər üzrə yenilikləri təqdim ediblər.

Noyabrın 10-da iclasda antidopinq standartlarının müəyyən edilməsi məsələləri, antidopinq agentlərinin farmakoloji siniflərinin qəbulu, T-DO-nun strategiyası və əməliyyat proqramı üzrə tərəqqi hesabatı, antidopinq sahəsində ədalətli proses üçün tövsiyələrin icrası müzakirə olunub. İştirakçı ölkələrdə monitorinq məsələləri qiyabi müzakirə edilib, Belçika, Fransa, Macarıstan və Albaniya üçün ətraflı qiymətləndirmələr aparılıb.

İclas illik Milli Antidopinq Siyasəti Sorğusunun müzakirəsi və gələcək görüşlərin planlaşdırılması ilə yekunlaşıb. Avropa Şurasının digər qurumları və xarici tərəfdaşlarla əməkdaşlığın müzakirəsi də tədbirin gündəliyində yer alıb.

Tədbirdə Azərbaycan Gənclər və İdman Nazirliyinin Tibbi təminat sektorunun məsləhətçisi Azər Məmmədov, AMADA-nın Elm şöbəsinin müdiri Rüfət Efendiyev və Hüquq şöbəsinin rəhbəri Fərhad Abasov da iştirak ediblər.

 





10.11.2023    çap et  çap et