525.Az

İbrahim Rəisi: “Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”


 

İbrahim Rəisi: “Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”<b style="color:red"></b>

“Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dir”.

525.az “Report”a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən iclasına yola düşməmişdən əvvəl Tehranın hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ-nin hərəkətləri ilə sözləri üst-üstə düşmür: “Bu dövlət deyir ki, müharibənin genişlənməsini istəmir. Bu məqsədlə İrana və digər ölkələrə mesaj göndərir. Lakin bu bəyanatlar rəsmi Vaşinqtonun hərəkətləri ilə uzlaşmır. ABŞ-ın əsl üzünü hər kəs görməlidir”.

İ.Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.

 





11.11.2023    çap et  çap et