525.Az

Mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə qatılacaq


 

Mədəniyyət naziri Türkiyəyə gedəcək, Şuşa ilə bağlı tədbirlərə qatılacaq<b style="color:red"></b>

Ankarada Şuşa ilə bağlı tədbirlər keçiriləcək və Azərbaycanın mədəniyyət naziri Adil Kərimli tədbirlərə qatılmaq üçün Türkiyəyə səfər edəcək.

Bu barədə 525.az-a Beynəlxalq Türk Mədəniyyət Təşkilatından (TÜRKSOY) bildirilib.

A.Kərimli noyabrın 13-də TÜRKSOY-un Ankaradakı Baş Qərargahında “Şuşa günləri” çərçivəsində təşkil olunan “Şuşa rəssamları” sərgisində iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

 





11.11.2023    çap et  çap et