525.Az

Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri əməkdaşlıq müqaviləsi imzalayacaq


 

Türkiyə və Azərbaycanın mədəniyyət nazirləri əməkdaşlıq müqaviləsi imzalayacaq<b style="color:red"></b>

Noyabrın 13-də Ankarada Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Azərbaycanın mədəniyyət naziri Adil Kərimli arasında əməkdaşlığa dair müaqvilə imzalanacaq.

Bu barədə 525.az-a Türkiyənin Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Adil Kərimli Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı Baş Qərargahında təşkil olunan “Şuşa rəssamları” sərgisində də iştirak edəcək.

Həmin gün “Şuşa-2023 - Türk Dünyası Mədəniyyət Paytaxtı” ili çərçivəsində Şuşa Mədəniyyət Günləri təşkil olunacaq. Eyni zamanda, Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestrinin binasında Azərbaycan sənətkarlarının iştirakı ilə konsert olacaq.

 





12.11.2023    çap et  çap et