525.Az

“Green Start Academy” Zəfər Gününü qeyd edib


 

“Green Start Academy” Zəfər Gününü qeyd edib<b style="color:red"></b>

8 noyabr 2023-cü il tarixində “Green Start Academy”də keçirilən “Zəfər Günü – Dəmir Yumruq” adlı bayram tədbirində hamı çox sevincli, həmçinin də kövrək anlar yaşadı.

525.az xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra 44 günlük Vətən müharibəsinin şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra “Green Start Academy”nin direktoru Aysel Rəsulzadə öz çıxışında tədbir iştirakçılarını salamlayaraq, hər kəsi Zəfər Günü münasibətilə təbrik etdi. Aysel Rəsulzadənin çıxışından sonra “Tarixi yenidən yazırıq” adlı videoçarx tədbir iştirakşılarına nümayiş etdirildi. Tədbirdə 314 nömrəli tam orta məktəbin 2 “b” sinif şagirdləri də çıxış etdilər. Onlar da “Zəfər Günü” ilə bağlı şeirlər söyləyərək tədbir iştirakçılarına xoş təsir bağışlamış oldular. Şagirdlərin çıxışından sonra “Green Start Academy” tərəfindən həmin sinfin rəhbəri İlhamə Tanrıverdiyevaya təşəkkür bildirildi.

“Green Start Academy”nin təşkil etdiyi “Zəfər Günü – Dəmir Yumruq” adlı möhtəşəm bayram tədbirində musiqiyə də yer verildi. Müəllim-bəstəkar Müslüm Maqamayev adına 26 saylı 11 illik musiqi məktəbinin müəllimi, “Green Start Academy”nin könüllüsü Lalə Şirinin müşayiəti ilə Dəniz Əliyeva və Eyyub Əliyevin ifasında “Ey Vətən” mahnısı səsləndi. Qarabağın tacı Şuşa haqqında maraqlı fikirlər söylənilən zaman Şuşa haqqında vidoçarx – “Bayatı-Şiraz” muğamının səsləndirilməsi iştirakçıların böyük marağıına səbəb oldu. Sonra Elşad Rəzzaqlının quruluşu ilə hazırlanan Nərgiz Ağasoyun ifasında “Şuşanın dağları” rəqsi qonaqlara təqdim edildi.

Qürur dolu anlaryaşanılan tədbirdə işğaldan azad olunmuş torpaqlarımızdan, şəhidlərimizdən və qazilərimizdən xüsusi olaraq bəhs olundu. GSA-nın hazırladığı videorolik və təqdimat hər kəsi göz yaşlarına boğdu. 44 günlük Vətən müharibəsinin qazisi, təkcə ön cəbhədə olduğu müddətdə deyil, son cəbhədə də vuruşmağı, aldığı ağrısına, acısına rəğmən dayanmadan ictimai fəaliyyətlə məşğul olaraq, cəmiyyətə vətənpvərlik aşılayan Ülvi Qədir çıxış etdi. Qazimiz tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək, öz döyüş xatirələrini qonaqlarla bölüşdü. Ülvi Qədir həmçinin igid generalımız Polad Həşimovla bağlı xatirələrindən də söhbət açdı. Tədbirdə şəhidlərimizlə bağlı – onların əziz xatirəsinə həsr olunmuş bir neçə videoçarx nümayiş etdirildi. Buna nümunə olaraq tədbirdə iştirak edən şəhid anası - əziz müəllimlərimizdən biri, təhsil fədailərimizdən olan Sahilə Əliyevanın yeganə oğlu  şəhid Şəhriyar Əlibəyli haqqında videoçarx təqdim edildi.Eyni zamanda şəhidimiz Rahil Əkbərovun yadigarı Damla qızımız da tədbirdə öz sinif yoldaşları ilə birlikdə çıxış edirdi. Balaca Damla yoldaşları ilə bərabər “Mənim atam qəhrəmandır” mahnısını ifa etdi. Bundan əlavə mahnı səslənərkən səhnədə səssiz səhnəcik də göstərildi. Sonra Aydan Mahmudovanın  ifasında Zahid Xəlilin “Poladın arxasınca” şeiri səsləndirildi. Bundan sonra Lalə Şirinin tələbəsi 2023-cü ildə Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Zəfər dastanı” mahnı müsabiqəsinin qalibi Rəsul Məmmədovun ifasında Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş mahnı və daha sonra “Mənim Azərbaycanım” mahnısı səsləndi.

Green Start Academy ailəsi 9 noyabr “Bayraq Günü”nü də unutmadı. Bu əlamətdar günlə bağlı şagirdlər gözəl şeirlər və nəğmələr söylədilər.Lalə xanımın müşayəti ilə 2022-ci il Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Zəfər dastanı” mahnı müsabiqəsinin qalibi Güllü Qasımovanın ifa etdiyi “Yaşa, yaşa, Azərbaycan” mahnısı bütün tədbir iştirakçılarına xoş ovqat bəxş elədi. Bu çıxışlardan sonra Əməkdar müəllim, Green Start Academy-nin “Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri Zülfiyyə Vəliyevaçıxış edərək hər kəsi bayramlar münasibətilə təbrik edərək, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün bu cür tədbirlərin önəmindən bəhs etdi.

Sonda “Zəfər Günü – Dəmir Yumruq” adlı bayram tədbirində Green Start Academy-nin mehriban kollektivinin ifasında “Yaşa Azərbaycan” mahnısı ifa olundu. Bu möhtəşəm çıxış iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.

 





13.11.2023    çap et  çap et