525.Az

"2024-2025-ci illərdə iqtisadi artım 3 %-i keçəcək" - Taleh Kazımov


 

"2024-2025-ci illərdə iqtisadi artım 3 %-i keçəcək" <b style="color:red"> - Taleh Kazımov</b>

"Azərbaycan Mərkəzi Bankının (AMB) baza ssenari əsaslı proqnozlarına görə bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) istehsalı 1,3 % artacaq".

525.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"2024-cü ildə ölkədə iqtisadi artımın 3,3 %; 2025-ci ildə isə 3,2 % olacağı gözlənilir", - deyə o qeyd edib.

"Qlobal iqtisadi artım templərinin aşağı olmasına baxmayaraq cari ilin ötən dövründə də xarici şərait tədiyə balansı baxımından əlverişli olub. 9 ayda xarici ticarət balansında müsbət saldo 13,9 milyard dollara çatıb. Qeyri-neft ixracı isə 15% artıb", - deyə baş bankir əlavə edib.

 





13.11.2023    çap et  çap et