525.Az

Etna vulkanı yenidən aktivləşdi


 

Etna vulkanı yenidən aktivləşdi<b style="color:red"></b>

İtaliyanın cənubunda fəaliyyət göstərən Etna vulkanı kül və lava püskürüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Siciliya adasında hündürlüyü təxminən 3300 metr olan Etna vulkanı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürtdüyü küllərin təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.

İtaliya mətbuatında yer alan xəbərlərdə Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkandakı vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd edilib.

Etnanın yaydığı kül səbəbiylə Zafferana kimi vulkanın ətrafındakı yaşayış məntəqələrində bir çox küçə və nəqliyyat vasitələrinin külə büründüyü bildirilib.

Qeyd edək ki, Etna kontinental Avropanın ən yüksək aktiv vulkanıdır.

Malik Atilay

 





13.11.2023    çap et  çap et