525.Az

Siyavuş Novruzov: İnsanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur


 

Siyavuş Novruzov: İnsanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur<b style="color:red"></b>

Parlamentdə sənədsiz evlərlə bağlı problem qaldırılıb.

525.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, bununla bağlı Prezident İlham Əliyev tapşırıq verib.

“Bu tapşırıq niyə yerinə yetirilmir? BMT qətnamə qəbul edilməlidir?! Əksinə onlar nə edirlər?! Vətəndaşı qeydiyyatdan çıxarırlar. Sənədsiz evlərdə yaşayan insanları qeydiyyatdan çıxarırlar ki, sənin evinin sənədi yoxdur. Bu adam 30 il o evdə yaşayıb, qız köçürüb, gəlin gətirib. Bu evlər qeydiyyata alınmalıdır. Bu həm də büdcəyə əlavə pul deməkdir. Bələdiyyələr də bu zaman vergi yığa biləcək”, - deyə deputat vurğulayıb.

 





13.11.2023    çap et  çap et