525.Az

Zakir Həsənov BƏƏ-yə səfərə gedib


 

Zakir Həsənov BƏƏ-yə səfərə gedib<b style="color:red"></b>

Noyabrın 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow - 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkəyə səfərə gedib.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun konfrans və panel müzakirələrdə iştirakı nəzərdə tutulur.

 





13.11.2023    çap et  çap et