525.Az

Göyçayda Rəsul Rzanın ev muzeyi ziyarət edilib


 

Göyçayda Rəsul Rzanın ev muzeyi  ziyarət edilib<b style="color:red"></b> Noyabrın 3-də Göyçayda xalq şairi Rəsul Rzanın ev muzeyi  ziyarət edilib.

525.az-ın məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin də qatıldığı mərasimdə Qazaxıstanın Azərbaycandakı səfiri  Serik Primbetov və səfirliyin əməkdaşları, Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Maral xanım, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov  və birliyin kollektivi, Türkiyədən qonaq gəlmiş müəllim Rafiq Sarı, İqtisad Universitetinin müəllim və tələbə heyəti, Göyçay rayonunun təhsil və səhiyyə işçiləri  iştirak ediblər.

Muzeyin bələdçiləri qonaqlara Rəsul Rzanın müxtəlif illərdə çəkilmiş fotoşəkillərini, kitablarını nümayiş etdiriblər. Sonda ziyarətə gələnlər  muzeyin xatirə dəftərinə ürək sözlərini yazaraq xoş təəssüratlarını bildiriblər.
 





06.11.2012    çap et  çap et