525.Az

Milli mədəniyyət və düşüncə tariximizin "Ziya" səhifəsi


 

Milli mədəniyyət və düşüncə tariximizin "Ziya" səhifəsi <b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

"Ziya" qəzetində geniş oxucu kütləsi üçün o qədər aydın olmayan terminlərin təqdimatındakı maraqlı xüsusiyyətlərdən biri sözün leksik mənasının geniş hərtərəfli tədqiqata cəlb olunmasıdır. Qəzetdəki "Üzüm ağacında zühur edən (qarə) illətinin rəfinə əlac" adı ilə çap olunmuş elmi mövzulu yazı bu cəhətdən maraqlı görünür: "Üzüm ağacında hər il görünməkdə olan bir xəstəlik var.Bu xəstəliyin rəfinə çoxları çalışırlar.Məzkur xəstəlik hər bir millətin lisanında başqa bir ad ilə məşhurdur.Məsələn, bizim məmləkət əhalisindən üzüm meyvəsindən faidəbərdar olan gürcülər oillətə "natasari" deyirlər... bizim dildə (ğarə) deyilməklə məşhurdur.Məzkur illət üzüm ağacının yaşıl yarpaqlarında budaqlarında zühur edib, ğayətdə kiçik xal surətində görünür..." (18.04.1884, N7).

Qəzetdəki hərbi terminlər ədəbi yazılı dilimizin formalaşmasında mühüm rol oynayır. "Russkiy invalid" adlı Peterburq qəzetindən tərcümə edilmiş bir xəbər-informasiyadakı hərbi terminlər diqqəti cəlb edir:"...saldatlığa çağırılanlar yüz toqsan bin nəfər az olmuşdur... Piyada topçu saldatları - beş sənə, sairləri altı sənə hesabında xidmət edəcəklər"(1881-ci il, N27).

"Ziyayi-Qafqasiyyə" qəzetində terminlərin terminlərin sinonimlərinin bəzən paralel, müvazi işlədilməsi yazının daha yaxşı başa düşülməsinə xidmət edən üsullardan biri kimi nəzərdə tutulmuşdu: "Qarabağ bəyzadələrindən məktəbi-tibbiyyədə ekmali-təhsil etmiş olan təbib (doqtur) Kərim bəy Mehmandarov cənabları Qarabağ uyezdindən iqamət etdiyi mahalda həmmillətləri olan müsəlman xəstələrinə bihəməçiz ( yoxsul,kasıb-N.N. )mədavi etmək (dərman vermək//müalicə etmək-N.N.) ilə onların həqqində qayətdə iltifat mehribançılıq ilə rəftar edir"(1883,N27).

"Ziya" qəzetində bəzən xitablarda müəyyən peşə,vərdiş,xasiyyət bildirən anlayışların bir sözlə yox,sərbəst söz birləşməsi ilə ifadə olunmasına da təsadüf olunur:  

"Şuşa-Ağamirzəzadəyə (M.M.Nəvvaba-N.N.).

Müxalif yazan şəxs,(yəni, ay Ağamirzəzadə-N.N.) məgər bilmirsən ki,adın gizlədənin sözü yazılmaz?"(1879,N46).

Qəzetdə çar çap məhsulları ilə ilgili materialların təqdimində müasir terminologiya üçün məqbul sayılmasa da, o dövr üçün xarakterik olan sinonim terminlərdən istifadəyə geniş yer verilib. Bu cəhətdən bir neçə nümunəyə diqqət yetirmək yerinə düşür:

"Elan"

Şeyx Sədinin "Gülüstan" kitabı İstanbulda "Əxtər" qəzetəsinin çapxanəsində...nəstəliq xətti ilə qayət əla pakizə çap olunubdur.Bu günlərdə bu kitablardan yaxşı cild ilə mücəllid bir neçə nüsxəidarəmizə satılmaqdan ötrü göndərilübdür"(1879,N20).

"Risaleyi-hesabiyyə"

Məzkur isimdə tazə bir hesab kitabı ("Kəşkül") mətbəəsi təb nəşr eləmişdir ki, bir nüsxəsini biz dəxi almışıq"( 1884,N2).

"Darülmüəllim şagirdlərindən Tiflis yolilə evlərinə gedəni mətbəə idarəmizə gəldiklərindən bir neçə dəfə görmüşdük"(1882,N20).

Qəzetdə tibb səhiyyəyə aid terminlərin işlədilməsində daha çox xalq danışıq dilinin materiallarına müraciət olunmuşdur: "Qafqaz"a yazırlar ki,Gəncədə çiçək xəstəligi olmaq münasibətilə dustaqlar xəstəxanədən başqa övə nəql olunduqda igirmi adam qaçmışdır"(1884,N2).

"Aprel ayının 4- gününü yadigar üçün Tiflis cəmaətinin xəstələrindən ötrü bina olunan şəfaxanə Tiflis cəmaətinə məlum edir ki, iki yerdə genə şəfaxanələr açub"(1884,N3).

Qəzetdə bəzi anlayışları ifadə edən alınma sözlərin mötərizədə verilməsi onların digər sözlərdən görüntüyə görə fərqləndirilməsi həmin terminlərin oxucuların yaddaşında daha yaxşı saxlanılmasına xidmət edir :

"Millətimizdən rus (akademiya) (universitet)lərində ikmali-təhsil edən müntəhilər (bitirənlər-N.N) vardır" (1882,N15).

Qəzetdə birinci tərəfi rus mənşəli, ikinci tərəfi Avropa mənşəli sözlərdən ibarət olan terminlərdən dəməqsədə müvafiq şəkildə istifadə olunmuşdur:"Şamaxı naçalniki xəlqi cəm edibmiş ki,hərə bir qədər pul qoyub birçastnıy bank açsınlar" (1879,N 34).Qəzetdəki "voyennıy ferdşel uşkolası"termini ədəbi dilə ağırlıq gətirməyən uğurlu dil vahidi hesab olunmalıdır:"Tiflisdə olan voyennıy ferşil uşqolasından 42 nəfər şagird təhsildən qurtarıblar"(1879, N22).

"Ziya" qəzetində alınma sənət, peşə terminlərinin milli terminlərlə əvəz olunmasına, inadlı təşəbbüs ciddi cəhdlər var idi. Bu cəhətdən mətbəə, litoqrafiya kitab nəşri ilə ilgili terminlərə mütəxəssis baxışı bir çox məsələləri meydana çıxara bilər. "Ziya" qəzetində işlənən şrift (basmaxana hərfləri ya basmaxana hürufatı) (1881,N30), hürufat basması; basma mürəkkəbi; hürufat hecaları; hürufat basmaxanasının əsbabı; basmaçılıq; mürəttib; düzməçi; nazir; müfəttiş; mücəəllid; (cildləyici,cild çəkən-N.N.); müsəhhih(korrektor,təshih edən-N.N.); hərftökən;nəşriyyat;qəzetin mündəricatı;qəzetin sahibi-imtiyazı;müsəlman hürufatı;islam qəzetəsi;basma xətti; rəzetin təb nəşr edilməsi; mütəəddid (coxlu, cürbəcür- -N.N.) qəzetə jurnallar; qəzetin imla lisanı(1879,N44) ; qəzetə işləri, basmaelmi; əxbarnamə (1879,N45);qəzetə müştəriləri; litoqrafiya(08.02.1879,N3) kimi mətbuat mətbəə terminlərinin çoxu bu gün ədəbi dilimizdə işlənməkdədir.

Ədəbi dilin alınma sözlər vasitəsilə zənginləşdirilməsi dünyanın dilçilik siyasətində razılıqla qarşılanan təcrübədir. Dünyada ancaq öz milli sözlərindən ibarət olan yazılı ədəbi dil, demək olar ki, yoxdur. Belə bir faktı xatırlayaq ki, dünyanın ən zəngin ədəbi dillərindən biri olan rus ədəbi dilində "er"hərfi ilə başlayan cəmi 5-10 milli söz var: qalanları alınmadır.Alınma söz heç dilin kasadlığından irəli gəlmir.Alınma söz dövrün tələbatıdır. Məqsədəuyğun şəkildə alınma sözlərdən istifadə yolu ilə ədəbi dilin zənginləşdirilməsi dilçilikdə söz yaradıcılığının əsas üsul vasitələrindən biridir. Fikrimizi əsaslandırmaq üçün "Ziya" qəzetindən seçilmiş Şərq alınmalı Qərb alınmalı iki kiçik mətn nümunəsi göstərmək istəyirik.

Sözlərinin çoxu Şərq dillərindən(əsasən ərəb dilindən) alınmış kiçik mətn "İnsanın əqlini fərasətini fəhmini qanacağını artıran dünya güzəranının yaxşılaşmağına bais olan elm mərifətdir. Təbiyəlü adam heç vəqt həqqi nahaq eləməz. hərgah eləsə, o surətdə biz ona elmlü tərbiyəlü adəm demərük"(1883,N14).

Sözlərinin çoxu rus rus dili vasitəsilə Avropa dillərindən alınmış sözlərdən ibarət "xəbəri-rəsmilər"(rəsmi xəbərlər)

"Vyana.29 iyun.Avstriya imperatoru Frans İosif Bolqariyanın knyazına (Liyapold) nişani-mərhəmət buyurubdur" (05.06.1879,N24).

"Vyana.26 avqust.Knyaz Bismark ilə görüşməkdən ötrü qraf Anderaşi Qastinəyə gəlib"(23.08.1879,N31).

Maraqlıdır ki, "Ziya" qəzetində termin məsələsinə elmi münasibət bildirilir, müəllim təhsil sahəsinin yaradıcı rəhbərlərinə metodik göstərişlər verilirdi. Bu cəhətdən "Ziya" qəzetinin 1880-ci ilə aid 20-27-ci nömrələrində dərc olunmuş "Mübtədi məktəblər barəsində" risaləsində ətraflı söz açılıb. Təxəllüyyat (xəyala gətirmə-N.N.) məcmuu kimi düşünülmüş risalədə idarə məclisinin-redaksiya heyətinin bir neçə üzvünün fikirləri işıqlandırılıb.

"Risalə"-ərəb mənşəli sözdür, 1) məktub,namə,2) kitabça,3) məcmuə mənalarını verir. 

Səid Ünsizadənin "Mübtədi məktəblər barəsində" risaləsi mövzusuna, qaldırılan məsələlərin vacibliyinə həcminə görə pedaqoji ədəbiyyat nümunəsi-elmi-metodik kitabça kimi qiymətləndirilməlidir.

Mükalimə şəklində yazılmış risalədə "S. əfəndi" kimi təqdim olunan Səid Ünsizadənin fikrinə görə, yaxşı təhsil almaq üçün bir neçə cəhətə ciddi fikir verilməlidir:

"Əvvəlinci ildə tədris olunan kitablardan biri lazımdır ki, uşaqların ata-ana dilində uşaq əqlinə müvafiq hekayətə manənd (farsca. "bənzər"- N.N. ) fəqərə-fəqərə yazılmış bir kitab ola ki,uşaqların öyrəndigindən bildigindən bəhs edə....

İkimci, lazımdır ki, bir cild istilahat kitabı(termin kitabı-N.N.) ola ki,onda uşaqlar elmlərin adları həman elmlərin təriqi mənfəəti insana lazım olmaqları həman elmlərdə müstələh(termin N.N.)- olan bəzi kəlmələr onların mənaları dəxi təlim oluna...Hər bir elmlərin adlarını tərifini təlim edəndən sonra həman elmlərin istilahatından dəxi təlim etməgə başlayalar".

Müəllif bu istiqamətdə görülməsi zəruri olan məsələlər barədə açdığı söhbəti cəmiyyətdə müəllimin aparıcı roluna yönəldir maraqlı mülahizələrini müəllimlərə inamla qurtarır:  "Lazımdır ki,müəllimlər qabiliyyətli olub, sühulət ( asanlıq-N.N.) təlim yoluna dəxi aşina olmuş olalar. Aşkardır ki, müəllimlər qabiliyyətli olmasa, heç bir yerdə irəli gedə bilməz".

Nazim NƏSRƏDDİNOV,
Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü, TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti

 





26.08.2014    çap et  çap et