525.Az

Nazirlik polisə müraciət edib


 

Nazirlik polisə müraciət edib<b style="color:red"></b> Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində ağacların yandırılması barədə daxil olan şikayət dərhal nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
 
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əraziyə baxış zamanı sözügedən ünvanda 5 ədəd Eldar şamı və 4 ədəd iydə ağacının naməlum şəxslər tərəfindən yandırılması faktı aşkar olunub. Qeyd olunanlarla əlaqədar təqsirkarların müəyyən olunması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət edilib.
 
Eyni zamanda ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi üçün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan  göstəriş verilib.
 
Hazırda sözügedən yaşıllıq ərazi nazirliyin aidiyyəti qurumunun əməkdaşları tərəfindən nəzarətə götürülüb.
 





26.08.2014    çap et  çap et