525.Az

Təyyarədə qalmaqal yaradan Azərbaycan vətəndaşı tibbi ekspertizaya göndərilib


 

Təyyarədə qalmaqal yaradan Azərbaycan vətəndaşı tibbi ekspertizaya göndərilib<b style="color:red"></b>

Rusiyanın "Aeroflot" aviaşirkətinə məxsus Dubay-Moskva reysi ilə hərəkət edən təyyarənin azərbaycanlı sərnişini tibbi ekspertizaya göndərilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Nəqliyyat Baş İdarəsindən bildirilib.

Qeyd edək ki, Dubay-Moskva reysi ilə hərəkət edən təyyarə avqustun 26-da gecə saatlarında İrəvana məcburi eniş edib. Məcburi eniş etməyə səbəb təyyarə sərnişinlərindən birinin sərxoşluğu üzündən hərəkətlərinə nəzarət edə bilməməsi olub. “RİA Novosti” agentliyi sərnişinlərə istinadən xəbər verib ki, təyyarə Dubaydan qalxan zaman sərnişinlərdən biri kobudluq etməyə, yüksək səslə danışmağa və uşaqlara sataşmağa başlayıb: "Təyyarədə çoxlu uşaq və xaricilər vardı. 30-35 yaşlarında kişi uşaqlara sataşmağa və qışqırmağa başladı. Təyyarə bələdçiləri həmin sərnişinlə bacara bilmirdilər. Təyyarədəki kişi sərnişinlərdən altısı həmin şəxsi tutaraq skoçla oturacağa bağladılar".

Səhər saat 05:00 radələrində təyyarə İrəvan aeroportuna məcburi eniş edib. Sərnişinlər 2,5 saat orada gözləməli olublar. Təyyarənin pilotları sərxoş sərnişini yerli polisə təhvil verməyə cəhd ediblər. Lakin həmin sərnişin Azərbaycan vətəndaşı olduğundan, yerli polis onu təhvil almaqdan imtina edib. Sərnişinin əlinə qandal vurulub. Təcili tibbi yardımın həkimləri ona sakitləşdirici iynə vurublar, sərnişin yuxuya gedib. Daha sonra təyyarə İrəvandan 3 saat gecikmə ilə Moskvaya yola düşüb. Rusiya paytaxtında bu şəxs polisə təhvil verilib.

 





26.08.2014    çap et  çap et