525.Az

Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər


 

Qadınlar sükan arxasında bəzənə bilməyəcəklər<b style="color:red"></b> Birləşmiş Ərərb Əmirliklərinin (BƏƏ) Daxili İşlər Nazirliyi qadın sürücülərin avtomobilin sükanı arxasında bəzənməsinə qadağa qoyub.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, sükan arxasında makiyaj vuran, saçını düzəldən, dodaqlarına boya sürtən qadın sürücülər 270 dollar cərimələnəcək, nəqliyyat vasitəsi isə 1 ay müddətinə cərimə meydançasında olacaq.

Nazirliyin məlumatında deyilir ki, qadın sürücülərin bu hərəkəti yollarda təhlükəli vəziyyət yaradır: "Sükan arxasında bəzənmək mobil telefondan istifadə etməkdən daha təhlükəlidir".

Qeyd edək ki, BƏƏ-də sükan arxasında "hands-free" qurğusundan istifadə etməklə mobil telefonla danışmaq qanunla qadağan olunmayıb.
 





26.08.2014    çap et  çap et