525.Az

Türkiyəli jurnalistlər Şəhidlər Xiyabanını ziyarət ediblər


 

Türkiyəli jurnalistlər Şəhidlər Xiyabanını ziyarət ediblər<b style="color:red"></b>

“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan dörd Türk dövlətindən və səkkiz türk muxtar respublikaları və toplumlarından  gəlmiş on səkkiz jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı bu gün  millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalının müşayiəti ilə ilk öncə Fəxri Xiyabanda olub və ümummilli lider Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

525.az-ın məlumatına görə, bundan sonra Azərbaycan xalqının Fəxri Xiyabanda uyuyan görkəmli ziyalıları, dövlət adamlarının məzarları ziyarət edilib və ruhlarına dualar oxunub. Daha sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər.

Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan  torpaqlarında dinc insanlara qarşı törətdiyi qətliamlar, soyqırımlar, vandalizm aktları barədə geniş məlumat veriblər. Qonaqlar Şəhidlər Xiyabanında, həmçinin şəhid jurnalistlər Milli Qəhrəman, telejurnalist Çingiz Mustafayevin, Salatın Əsgərovanın və Alı Mustafayevin də məzarlarını ziyarət ediblər. Qənirə Paşayeva qonaqlara onlarla bağlı ətraflı məlumat verib.

Sonra türk jurnalistləri Bakı Türk Şəhidliyini ziyarət ediblər.  Qənirə Paşayeva və Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri Əkbər Qoşalı qonaqlara 20-ci əsrin müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının məhz Azərbaycanda qurulduğunu, 1918-ci ildə erməni-daşnak qruplaşmalarının Bakıda və Azərbaycanın digər bölgələrində törətdikləri soyqırımlar, qətliamlar, Qafqaz İslam Ordusunun Bakının erməni-daşnak işğalından azad etmək üçün qardaş köməyinə gəlməsi barədə geniş məlumat verdilər və Bakı Türk Şəhidliyinin bir qardaşlıq məzarlığı olduğunu bildirdilər.

Dörd Türk dövlətindən və səkkiz türk muxtar respublikaları və toplumlarından  gəlmiş on səkkiz jurnalist, yazar və yeni nəsil siyasi icmalçısı Azərbaycan həqiqətləri ilə yaxından tanış olmaq üçün respublikamızın böl¬gələrinə (Tovuz, Ağdam (Quzanlı), Tərtər, Quba) də səfər edəcək, yerli ictimaiyyət nüma¬yəndələri ilə görüşlər keçirəcəklər.

 





06.11.2012    çap et  çap et