https://525.az/img/pics/medium/2025-04/350923_u6ng3yhots.jpg "Heydər Əliyevi mən Qayıdışından sonra kəşf etdim"
https://525.az/img/pics/medium/2025-04/350983_n3ytull48m.jpg Sabah İranda Milli Matəm Günü olacaq
https://525.az/img/pics/medium/2025-04/350968_fndu0mkyrg.jpg Dağlıq ərazilərdə qar yağacaq - SABAHIN HAVASI
https://525.az/img/pics/medium/2025-04/350959_rl2oqy4lv8.jpg Pakistanın müdafiə nazirindən Hindistana XƏBƏRDARLIQ
search
28 Aprel 2025
27 Aprel 2025
26 Aprel 2025

Belçika - Azərbaycan oyununun hakimləri açıqlandı

Belçika - Azərbaycan oyununun hakimləri açıqlandı

Avro-2024-ün seçmə mərhələsində keçiriləcək Belçika - Azərbaycan  oyunu üçün hakim təyinatları açıqlanıb.

525.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Qarşılaşma Macarıstandan olan hakimlər briqadasına tapşırılıb. Referi Gerqo Boqar olacaq. Ona yan xətt hakimləri kimi Teodoros Georgiu və Balaş Salai kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Ferents Karako yerinə yetirəcək.

Qeyd edək ki, Belçika millisi Avro-2024-ün F qrupunda 17 xalla liderdir. Komanda artıq final mərhələsinə vəsiqəni təmin edib. Azərbaycan yığması seçmə mərhələnin F qrupunda sonuncu matçını Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Azərbaycan qrupda 4 xalla 4-cü pillədə qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.