525.Az

Rusiyada məktəblərdə PUA-dan istifadə üzrə təlimlər keçiriləcək


 

Rusiyada məktəblərdə PUA-dan istifadə üzrə təlimlər keçiriləcək<b style="color:red"></b>

Rusiyada məktəblərdə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi ilə bağlı dərslərin keçirilməsi planlaşdırılır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Təhsil Nazirliyi məktəblərdə hərbi hazırlıq təhsili ilə bağlı qərar layihəsi hazırlayıb.

Federal Hüquq Tənzimləmə Sistemindəki layihəyə əsasən, məktəblərdə “Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları” kursu çərçivəsində şagirdlərə ilkin hərbi hazırlıq elementləri haqqında məlumat veriləcək.

Bundan əlavə, kurs çərçivəsində tələbələrə PUA-lardan istifadə ilə bağlı təlimlərin keçirilməsi nəzərdə tutulur.

Sözügedən qərar layihəsinin Rusiya hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprel ayında PUA istehsal edən şirkətlərin nümayəndələri ilə görüşdə məktəblərdə PUA təliminin keçirilməsi ideyasını dəstəkləyib.

Malik Atilay

 





16.11.2023    çap et  çap et