525.Az

Fransada yeni hökumət formalaşdırılıb


 

Fransada yeni hökumət formalaşdırılıb<b style="color:red"></b>

Avqustun 26-sı Fransada yeni hökumətin formalaşdırılması başa çatıb.

“Media forum” saytı xəbər verir ki, baş nazir Manuel Valsın təqdimatına baxan prezident Fransua Oland hökumətə yeni şəxslər gətirib. İqtisadiyyat naziri postunu Emmanuel Makron tutub. Təhsil naziri portfeli isə Fransa tarixində ilk dəfə qadına – Nacat Vallo-Bilkasemə qismət olub.

Rəsmi açıqlamaya görə, nəqliyyat üzrə dövlət katibi vəzifəsinə də yeni şəxs gəlib – Alen Vidali. Mədəniyyət naziri kürsüsünü isə Fler Pelerin tutub.

Qalan nazirlər postlarını qoruyublar.

 





27.08.2014    çap et  çap et