525.Az

İran din xadimini öldürənə ölüm hökmü


 

İran din xadimini öldürənə <b style="color:red">ölüm hökmü</b>

İranda Ekspertlər Məclisinin üzvü, Zahidan şəhərinin keçmiş cümə imamı Ayətullah Abbas Əli Süleymanini öldürən müttəhimin edam hökmü yekunlaşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, aprelin 26-da Mazandaran Baş Məhkəməsində ölkənin aparıcı din xadimlərindən olan Ayətullah Abbas Əli Süleymaninin qətli ilə bağlı işə baxılıb.

Məhkəmə iyun ayında qətli törədən şəxs qismində mühakimə olunan müttəhim haqqında ölüm hökmü çıxarıb. Təqsirləndirilən şəxsin vəkillərinin qərara etirazı ilə dosye apellyasiya şikayəti ilə Ali Məhkəməyə göndərilib. Ali Məhkəmə qərarı nəzərdən keçirərək ölüm cəzasını təsdiqləyib.

İranın Ekspertlər Məclisinin üzvü, ölkə rəhbərini seçən, ona nəzarət edən və vəzifədən azad edən qurum kimi tanınan Ayətullah Abbas Əli Süleymani aprelin 26-da Mazandaran əyalətinin Babulser şəhərində silahlı hücum nəticəsində həyatını itirib.

Malik Atilay

 





16.11.2023    çap et  çap et