525.Az

Universitetdə bu fakültənin birinci kursu olmayacaq


 

Universitetdə bu fakültənin birinci kursu olmayacaq<b style="color:red"></b> Bu il Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültəsinin I kursu olmayacaq.
 

525.az-ın modern.az saytına istinadən məlumatına görə, Universitetin jurnalistika fakültəsinə qəbul olan yeganə tələbə ixtisasını dəyişmək istəyinmi açıqlayıb.
 
Universitetin tədris şöbəsindən bildiriblər ki, həmin tələbənin ixtisası dəyişdiriləcək: “Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına bu barədə məktub yazmışıq. Onlar tələbənin öz qrupu daxilində universitetimizin digər bir fakültəyə yerləşdirəcəklər”.
 
NDU-nun jurnalistika fakültəsinə qəbul qabiliyyət imtahanı ilə aparılıb. Qabiliyyətdən keçən 51 nəfərdən 47-si sözügedən ixtisasına yiyələnmək istəyib. Sonda cəmi bir nəfəri NDU-nun jurnalistika fakültəsini seçib.
 





27.08.2014    çap et  çap et