525.Az
Bakıda ağır qəza: 1 ölü, 1 yaralı
Suraxanıda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumatına görə, “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək yol ayrıcı metal çəpər konstruksiyasına çırpılıb. FHH xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Məlum olub ki, bir nəfər xəsarət alıb və daha bir nəfər hadisə yerində vəfat edərək avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını və cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırmalar aparılır.
27.08.2014
çap et