525.Az

"New York Times" qəzetinin redaktoru istefa verib


 

"New York Times" qəzetinin redaktoru istefa verib<b style="color:red"></b>

"New York Times"ın bazar günü əlavəsinin şeir redaktoru Enn Boyer, qəzetin İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərinə "Müharibə qızışdıran yalanlara yox!" sözləri ilə reaksiya bildirib və istefa verib.

525.az xəbər verir ki, Boyer şəxsi səhifəsində dərc etdiyi istefa məktubunda: "ABŞ-nin İsraili dəstəklədiyi müharibə heç kimin xeyrinə deyil", - deyə bildirilib.

Bu müharibədə İsrail, ABŞ, Avropa və xüsusilə yəhudi xalqı üçün heç bir təhlükəsizliyin olmadığını qeyd edən Boyer: "Bu müharibə yalnız neft və silah istehsalçılarının ölümcül qazancına xidmət edir", - deyib.

Məhəmməd Tağıyev

 





17.11.2023    çap et  çap et