|
|
|
|
"Sabah biz çox yaxşı komanda ilə oyuna çıxacağıq. Belçika millisi dünyanın ən yaxşı komandalarından biridir. Yaxşı nəticə qazanmaq istəyirik".
525.az qol.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Belçikaya qarşı oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
31 yaşlı yarımmüdafiəçi bütün oyunçuların matça hazır olduğunu bildirib: " Hamı 100 faiz güc qoymalıdır ki, bu istəyimizə çataq. Ümid edirəm ki, buradan yaxşı nəticə ilə qayıdarıq”.
Qeyd edək ki, sabah Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.