https://525.az/img/pics/medium/2023-12/293420_3ug86u5msi.jpg Asi olmamışam Yaradana mən...
https://525.az/img/pics/medium/2023-12/293425_3x6tnv2wiy.jpg “525-ci qəzet”in 2 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/293418_she85iftg8.jpg Heç demə, varmışsan sən də dünyada - Nəcməddin Mürvətovdan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/293419_mfecbzppuj.jpg Eldən gedən Eldost müəllim...
search
1 Dekabr 2023

Ruslan Abışov vida oyununa çıxdı

Ruslan Abışov vida oyununa çıxdı

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.

525.az xəbər verir ki, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə reallaşıb.

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər  Abışovu alqışlarla yola salıblar.

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.