|
|
|
|
Emre Akbaba Türkiyə millisinin heyətindən çıxarılıb.
525.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytı məlumat yayıb. Onun dünən Almaniyaya qarşı yoxlama görüşündə zədələndiyi bildirilib. Beləliklə, 31 yaşlı yarımmüdafiəçi Avro-2024-ün seçmə mərhələsinin sonuncu turunda Uelsə qarşı oyunu buraxacaq.
Qeyd edək ki, noyabrın 21-i keçiriləcək Uels - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.