https://525.az/img/pics/medium/2023-12/293420_3ug86u5msi.jpg Asi olmamışam Yaradana mən...
https://525.az/img/pics/medium/2023-12/293425_3x6tnv2wiy.jpg “525-ci qəzet”in 2 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/293418_she85iftg8.jpg Heç demə, varmışsan sən də dünyada - Nəcməddin Mürvətovdan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/293419_mfecbzppuj.jpg Eldən gedən Eldost müəllim...
search
1 Dekabr 2023

Azərbaycan cüdoçuları komanda yarışında medal qazana bilməyiblər FƏRDİ

Azərbaycan cüdoçuları komanda yarışında medal qazana bilməyiblər FƏRDİ

Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal qazana bilməyib.

525.az-ın məlumatına görə, qitə birinciliyinin son günündə mübarizəyə 1/4 finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib.

Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.

Qeyd edək ki, yığmanın 5 üzvü - Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81 kq) fərdi yarışlarda bürünc medal qazanıblar.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.