https://525.az/img/pics/medium/2023-12/293725_4q4t59eua2.jpg “525-ci qəzet”in 5 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Müasir Vyanaya və Avstriyanın zəngin tarixinə səyahət - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-12/293582_6judx72jh6.jpg Ədalət Muradov: "Ali təhsil müəssisələri də öz məzunlarının işə qəbul edilməsində ən çox marağı olan ...
https://525.az/img/pics/medium/2023-05/270435_tz59ri671r.jpg Həmişə evinizdə-eşiyinizdə!
search
5 Dekabr 2023
4 Dekabr 2023

Azərbaycan boksçusu ermənini məğlub edərək ikiqat Avropa çempionu olub

Azərbaycan boksçusu ermənini məğlub edərək ikiqat Avropa çempionu olub

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib.

525.az xəbər verir ki, həlledici mərhələdə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxıb.

Yığmamızın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçumuz rəqibinə heç bir şans verməyib. Hər 5 raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.

57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 5 medalla başa vurub. Komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc mükafata yiyələnib. Millimizə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.

Qeyd edək ki, 1 il öncə Xorvatiyada yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medala yiyələnmişdi.

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.