525.Az

“Ayna” və “Zerkalo” qəzetləri fəaliyyətini birdəfəlik dayandırdı


 

“Ayna” və “Zerkalo” qəzetləri fəaliyyətini birdəfəlik dayandırdı<b style="color:red"></b>

Avqustun 27-də “Ayna” və “Zerkalo” qəzetlərinin kollektivlərinin ümumi toplantısı keçirilib. Toplantıda baş redaktor Elçin Şıxlı “Ayna” və “Zerkalo” qəzetlərinin fəaliyyətinin birdəfəlik dayandırıldığını elan edib.

Toplantıdan sonra “Media forum” saytına açıqlamasında Elçin Şıxlı deyib:

“Geniş müzakirə olunası bir məsələ yox idi. Kollektivləri topladım və qəzetlərin fəaliyyətinin birdəfəlik dayandırıldığı qərarını elan etdim”.

Elçin Şıxlı bildirib ki, rəhbərlik etdiyi qəzetlər fəaliyyətini dayandırdığına görə o, fəal jurnalistikadan getməyə də qərar verib:

“Bu qərarımı da qəzetlərin kollektivlərinə çatdırdım”. 

1990-cı ilin avqustunda yaradılan “Ayna” və “Zerkalo” qəzetləri 2014-cü ilin may ayının əvvəlində dövriliyini azaltmış, rus dilində gündəlik nəşr olunan “Zerkalo” həftədə bir dəfəyə keçmişdi. Azərbaycan dilində çıxan “Ayna” həftəliyinin isə ayda bir dəfə işıq üzü görməsi qərara alınmışdı. Ancaq nəşrləri bu yolla da saxlamaq mümkün olmamış, iyunun 1-dən hər iki qəzetin nəşri dayanmışdı.

 





27.08.2014    çap et  çap et